Livanın Milli Xəbər Agentliyi sionist rejim ordusu tərəfindən ölkənin cənubunda yerləşən Bəni Həyyan və Mərkəbə şəhərlərinin bombalanması barədə xəbər verib.
Az.rasthaber.com xəbər verir ki, sionist düşmən qırıcıları cümə günü gecə bu ölkənin cənubunda yerləşən Bəni Həyyan və Mərkəbə şəhərlərini bombalayıblar.
Qüdsün Əl-Əxbariyyə kanalı Livan mənbələrinə istinadən Livanın cənubundakı Bint Cubeyl qəsəbəsində bir livanlı sionist rejim hərbçilərinin vurduğu güllə nəticəsində yaralandığını xəbər verib və əlavə edib: İşğalçı İsrail rejiminin hərbçiləri təcili yardımların hadisə yerinə çatmasına mane olub.