Sionist İsrailin daxili kəşfiyyat təşkilatı Şin Betin rəhbəri Ronen Barın şənbə günü Türkiyəyə gələrək MİT direktoru İbrahim Kalınla Qəzzada atəşkəs və əsir mübadiləsini müzakirə etdiyi iddia edilib.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə şənbə günü soyqırım törədən İsrail və Türkiyə kəşfiyyat təşkilatlarının rəhbərləri arasında görüş keçirildiyi iddia edilib.
İsraildə yerləşən Walla xəbər saytı bu gün dərc etdiyi xəbərdə mövzu ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər verib ki, Şin Bet rəhbəri Ronen Bar şənbə günü Türkiyəyə səfər edib və türk həmkarı ilə məhbus mübadiləsi məsələsini müzakirə edib.
Walla xəbər saytının Vaşinqton təmsilçisi, israilli jurnalist Barak Ravid də sosial media hesabındakı paylaşımında Şin Bet kəşfiyyat agentliyinin direktoru Ronen Barın şənbə günü Türkiyəyə gizli səfər etdiyini və MİT direktoru İbrahim Kalınla görüşdüyünü yazıb.
Ravid iddia edib ki, görüş zamanı Türkiyənin vasitəçilik imkanları, Qəzzada əsir mübadiləsi və atəşkəs danışıqlarının yenidən başlaması səyləri də müzakirə edilib.
Şin Betin məsələ ilə bağlı şərh vermədiyini bildirən israilli jurnalist, İsrail rəsmilərinin son iddialarını xatırladıb ki, Qətərdəki bəzi yüksək səviyyəli Həmas rəsmiləri, o cümlədən HƏMAS-ın baş müzakirəçisi Xəlil Əl Yəhya Dohadan ayrılaraq Türkiyəyə gəliblər.
Türkiyə Xarici İşlər Nazirliyi və Həmas bu iddianı təkzib edib.