Dünən səhər Qəzzada günahsız insanların sığındığı məktəbi vuran işğalçı İsrailin istifadə etdiyi bombanın ABŞ məhsulu olması ABŞ-ın soyqırımın ortağı olduğunu bir daha ortaya qoydu.
Az.rasthaber.com xəbər verir ki, ABŞ mediası İsrailin Qəzzada 100-dən çox insanın ölümünə səbəb olan məktəbə hücumunda ABŞ istehsalı olan dəqiq idarə olunan bombadan istifadə etdiyini bildirib.
Sky News Arabi-nin məlumatına görə, CNN-nin silah eksperti Chris Cobb-Smith bildirib ki, Boeing tərəfindən istehsal edilən GBU-39 bombası "strateji əhəmiyyətli hədəflərə hücum etmək üçün nəzərdə tutulmuş" yüksək dəqiqlikli sursatdır.
HƏMAS bəyanatında İsrailin hücumu "silahlı ünsürlər" olduğu səbəbilə həyata keçirməsi iddiasını təkzib edib və şəhid olanların günahsız mülki şəxslər olduğunu bildirib.