İsrailin İrana qarşı hərbi aqressiyası zamanı həyatını itirən günahsız insanların sayı ilə bağlı yenilənmiş statistika dərc edilib.
Az.rasthaber.com “mehrnews”ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Şəhid və Qazilər Vəqfindən məlumat verilib.
Qeyd edilib ki, İsrail öz hücumları zamanı 1 062 dinc iranlını qətlə yetirib.
Həmçinin 5 800 iranlı isə yaralanıb. Onların təxminən 100 nəfəri hələ də xəstəxanadadır, 34 yaralının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.