İsrailli nazir: Əsas məqsədmiz məhbusları xilas etmək deyil

İsrailli nazir: Əsas məqsədmiz məhbusları xilas etmək deyil

Sionist İsrailin maliyyə naziri Bezalel Smotriç İsrail radiosuna deyib: “Biz həqiqəti söyləməliyik, məhbusların qaytarılması hökumətin ən mühüm məqsədi deyil".

Az.rasthaber.com xəbər verir ki, soyqırımçı İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç Qəzza zolağında saxlanılan israilli məhbuslarla bağlı açıqlamalar verib.

Smotriç İsrail radiosuna deyib: "Biz həqiqəti söyləməliyik, əsirlərin qaytarılması hökumətin ən mühüm məqsədi deyil". 

"Əlbəttə, bu, çox mühüm məqsəddir, lakin 7 oktyabr kimi bir hadisənin bir daha təkrarlanmamasını istəyirsinizsə, HƏMAS-ı məhv etməlisiniz və bu, HƏMAS-ın Qəzzada qala bilməyəcəyi deməkdir", - Smotriç bildirib. 

Məhbus Ailələri Forumu Smotriçə "Ailələrin bu səhər deməyə sözü yoxdur, hiss etdikləri yalnız utancdır. Nazir ən azından ictimaiyyətə acı həqiqəti göstərir, bu hökumət qəsdən girovlardan imtina etməyi seçib" deyə reaksiya verib. 

Xəbəri paylaş

VİDEOLAR