“Pxenyan həmişə Moskvanın yanında olacaq”.
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen In Rusiyanın müdafiə naziri Andrey Belousov ilə görüşü zamanı deyib.
Kim Çen In əmin edib ki, KXDR hökuməti, ordusu və xalqı bundan sonra da “dövlətin suverenliyini və ərazi bütövlüyünü” qorumağa hazır olan Rusiyanın siyasətini ardıcıl şəkildə dəstəkləyəcək.
Onun sözlərinə görə, Koreya-Rusiya münasibətləri iki ölkə xalqının rifahına kömək edən və regionda vəziyyəti yumşaldaraq beynəlxalq strateji sabitliyə zəmanət verən güclü təhlükəsizlik mexanizmidir.
O əlavə edib ki, ABŞ məsuliyyətsiz addımlar atmaqla Ukraynadakı münaqişəni uzadır və gərginləşdirir.