Küveytli idmançı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə keçiriləcək idman yarışmasında işğalçı sionist rejimi təmsil edən rəqibi ilə qarşılaşmaqdan imtina edib.
Az.rasthaber.com xəbər verir ki, idmançı Əbdürrəzzaq əl-Bağili sosial mediada yayımlanan bir videosunda sionist İsrail rejimini təmsil edən bir yarışmaçı ilə qarşı-qarşıya gəlməyi rədd etdiyi üçün yarışdan ayrıldığını bildirib:
“Küveytlilər olaraq hər zaman Fələstinin yanındayıq və sona qədər də yanında olacağıq”.
Küveytdə “Sionizmlə Normallaşma ilə Mübarizə Təşkilatının Ali Komitəsi”nin üzvü Tariq əş-Şayi idmançı əl-Bağilinin yarışmadan çıxmasının tarixə qızıl hərflərlə yazılmalı olan bir hərəkət olduğunu bildirib.
Qeyd edək ki, Əş-Şayi “Qüds Press” xəbər agentliyinə verdiyi açıqlamada küveytli yarışmaçıların hər yerdə Fələstinin mövcudluğunun daimliyinin, sionistlərin isə yox olacağının mesajını verdiklərini bəyan edib.