Livan Hizbullahından Qəzzada atəşkəslə bağlı bəyanat

Livan Hizbullahından Qəzzada atəşkəslə bağlı bəyanat

"Müqavimət işğalçılarla mübarizənin yeganə yoludur".

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatı bazar ertəsi Qəzzədə atəşkəs elan edilməsi ilə bağlı bəyanat yayaraq, Qəzzədə müqavimətin qələbəsi münasibətilə Fələstin xalqını və bölgədəki müqavimət qüvvələrini və dəstəkçilərini təbrik edib və bildirib: “Bu qələbə göstərdi ki, işğalçıların məkrli planlarının öhdəsindən gəlməyin yeganə yolu müqavimət və möhkəm dayanmaqdır.”

Livan Hizbullahı bəyanat yayaraq Qəzzə zolağında Fələstin müqavimətinin böyük qələbəsi münasibətilə Fələstin xalqını, Fələstin müqavimətini, Qəzzəyə kömək edən bütün qüvvələri, Ərəb ölkələrini və İslam ümmətinə təbrik edib.

Livan Hizbullahı bildirib: “Bu tarixi qələbə bir daha göstərir ki, müqavimət işğalçılarla qarşılaşa biləcək və onların təcavüzkar planlarının qarşısını ala biləcək yeganə variantdır.”

Livan İslam Müqaviməti bəyan edib: “Fələstin müqavimətinin qələbəsi sionist düşmən və onun havadarları üçün yeni strateji məğlubiyyətdir və tələblərin qoyulması dövrünün başa çatdığını göstərir.”

“Müqavimətin şərtlərini və tələblərini qoyaraq, Fələstin xalqının hüquqlarından imtina etmədən atəşkəs razılaşmasına nail olmaq, hərbi nailiyyətlərə əlavə olunan siyasi qələbədir və işğalçı rejimin heç bir məqsədinə nail ola bilməyəcəyini, Fələstin xalqının iradəsini və müqavimətini qıra bilməyəcəyini sübuta yetirir”, bəyanatda qeyd olunur.

Xəbəri paylaş

VİDEOLAR