Minlərlə israilli Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) ilə əsir mübadiləsi razılaşmasına dəstək olaraq sionist rejimin Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib və Netanyahu əleyhinə şüarlar səsləndiriblər.
Az.rasthaber.com xəbər verir ki, İRNA-nın sionist rejim mediasından verdiyi xəbərə görə, nümayişçilər Qüdsdə baş nazirin dəftərxanası qarşısına toplaşaraq Qəzzada müqavimət hərəkatı ilə dərhal məhbus mübadiləsi sazişinin imzalanmasını tələb ediblər.
Çərşənbə günü məhbus ailələri Netanyahunun HƏMAS ilə razılaşmaya mane olmasına etiraz olaraq baş nazirin evinin qarşısında etiraz aksiyası keçirib.
Nümayişçilər Netanyahunun evinin qarşısına toplaşmaqla yanaşı, işğal altındakı Qüdsdə əsas küçələrin kəsişməsini də bağlayıblar.