Yəmənin Ənsarullah Hərəkatı sionist rejimin Qəzza xalqına qarşı soyqırımına cavab olaraq işğal olunmuş ərazilərin şimalını hədəfə alıb.
Az.rasthaber.comxəbər verir ki, sionist rejim ABŞ-ın dəstəyi və beynəlxalq ictimaiyyətin səssizliyi ilə Qəzzada fələstinlilərə qarşı soyqırımını davam etdirir.
Yəmənin Ənsarullah Hərəkatı bundan əvvəl fələstinlilərə qarşı soyqırımın cavabsız qalmayacağı barədə xəbərdarlıq etmişdi.
Bu çərçivədə uzun fasilədən sonra işğal altındakı Şimali Fələstindəki “Hayfa körfəzi”ndən Livan sərhədi yaxınlığındakı “Yuxarı Qaliley”ə qədər sirenlər səslənib.
Mehr Xəbər Agentliyinin məlumatına görə, sionist rejim ordusu bir bəyanatda Yəməndən atılan raketin aşkar edildiyini və hava hücumundan müdafiə sistemlərinin bu raketə cavab verdiyini iddia edib.
“Yedioth Ahronoth” qəzeti də Hayfada bir neçə güclü partlayışın eşidildiyini bildirib.
Sionist rejim ordusu Yəməndən atılan raketi vurmağa çalışdıqlarını, lakin raketin mütləq məhv edildiyini hələlik təsdiq edə bilməyiblər.