Pezeşkian Trampa qarşı sui-qəsd iddiasına cavab verib: Biz heç vaxt buna cəhd etməmişik

Pezeşkian Trampa qarşı sui-qəsd iddiasına cavab verib: Biz heç vaxt buna cəhd etməmişik

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan ABŞ-in NBC telekanalına müsahibəsində İranın heç kimə sui-qəsd planının olmadığını və biz Donald Trampa sui-qəsd cəhd etmədiyimizi və heç vaxt belə bir şey etməyəcəyimizi vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, İranın İslam Respublikasının prezidenti bu müsahibəsində və “Diplomatiya üçün mümkün təhlükələrdən biri ABŞ-in İranın Donald Trampa sui-qəsd planı olduğuna inanması ola bilər. Belə bir plan olubmu?” sualına belə cavab verib: Regionda, Avropada və başqa yerlərdə gördüyümüz bütün sui-qəsdlərdə iranlıların izləri varmı?!  Əlaqə olubmu? Heç vaxt!

“Deyirsiniz ki, İranın heç vaxt Trampı öldürmək planı olmayıb?” sualına cavab olaraq Pezeşkiyan əlavə edib: Qətiyyən! Trampa qarşı sui-qəsd deyilən plan İsrail və digər ölkələrin İranla düşmənçiliyi təşviq etmək planıdır.

İran İslam Respublikasının prezidenti “Donald Trampı öldürmək üçün heç bir tədbir görülməyəcəyinə söz verirsinizmi?” sualına cavabında deyib: Bizim əvvəldən belə bir niyyətimiz olmayıb və olmayacaq.

Xəbəri paylaş

VİDEOLAR