Qatil baş nazir Benyamin Netanyahu məhbus mübadiləsi və atəşkəs razılaşması üçün davam edən danışıqlara baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirməkdə qərarlı olduqlarını bildirib.
Az.rasthaber.com xəbər verir ki, X sosial media platformasında verdiyi açıqlamada, Netanyahu, Qəzza zolağının şimalında baş verən qarşıdurmada 5 İsrail əsgərinin öldüyünü bildirərək, bu günün İsrail xalqı üçün çətin bir gün olduğunu deyib.
Soyqırımçı Netanyahu Qəzzaya davam edən hücumlarının məqsədlərinə çatmaqda qərarlı olduqlarını bildirib.
Qatil Netanyahu müharibənin məqsədlərinin “bütün məhbusların azad edilməsini təmin etmək, HƏMAS-ın hərbi və inzibati imkanlarını aradan qaldırmaq və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək” olduğunu bəyan edərək, bunun HƏMAS-ın artıq mövcud olmayacağı anlamına gəldiyini bildirib.
Netanyahu, nəticədə bütün israilli məhbusların azad ediləcəyini, HƏMAS-ın tabe edilərək dağıdılacağını, Qəzzanın İsrail üçün artıq təhlükə yaratmayacağını və hələ də öz missiyasını başa çatdırmadıqlarını bildirib.