Qruplaşmadan-Hökümətə: Colani qardaşını mühüm vəzivəyə təyin etdi

Qruplaşmadan-Hökümətə: Colani qardaşını mühüm vəzivəyə təyin etdi

Əbu Məhəmməd əl-Colani (Əhməd əş-Şəraa) qardaşı Mahir əş-Şəraaya yeni vəzifə verib.

Suriyada Bəşər Əsəd hökumətinin süqutundan sonra faktiki hakimiyyəti ələ keçirən “Həyat Təhrir əş-Şam” (HTŞ, “Nusra Cəbhəsi”) başçısı Əbu Məhəmməd əl-Colani (Əhməd əş-Şəraa) qardaşı Mahir əş-Şəraaya yeni vəzifə verib.

Az.rasthaber.com xəbər verir ki, Mahir əş-Şəraa Suriya Prezident Ofisinin rəhbəri təyin edilib.

Qeyd edilib ki, Mahir bununla da Suriyada yeni hakimiyyətin, qardaşından sonra, ikinci ən nüfuzlu şəxsinə çevrilib.

Xatırladaq ki, Mahir əş-Şəraa daha öncə Suriya Səhiyyə Nazirliyinə rəhbər olaraq təyin edilmişdi.

Xəbəri paylaş

VİDEOLAR