Qəzza zolağına yardımların daxil olması prosesi başlayıb

Qəzza zolağına yardımların daxil olması prosesi başlayıb

Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsindən bir neçə saat sonra media mənbələri humanitar yardımın bir neçə keçiddən bu zolağa daxil olması prosesinin başladığını xəbər verib.

Az.rasthaber.com xəbər verir ki, Əl-Məyadin xəbər kanalı yardım daşıyan yük maşınlarının Rəfah keçidindən Qəzza zolağına daxil olduğunu bildirib.

 

Əl-Ərəbiyyə telekanalı da bu zolaqda atəşkəsin ilk saatında Rəfəh sərhəd keçid məntəqəsindən Qəzza zolağına humanitar yardım daşıyan 200 yük maşınının gəldiyini açıqlayıb.

 

Eyni zamanda Ümumdünya Ərzaq Proqramı bildirib: “Yük maşınlarımız bu zolağın şimalında yerləşən “Zeykim” və “Kərəm Əbu Salim” iki keçiddən Qəzza zolağına daxil olur.

 

Qətərin Xarici İşlər Nazirliyi də bu ölkədən Qəzza zolağına yanacaq daşıyan 25 yük maşınının gəldiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR