Sionist İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 33 nəfər artaraq 44 min 282 nəfərə çatıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada sionist İsrailin 418 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verilib.
Sionist İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “3 qırğın”da 33 nəfərin şəhid olduğu, 134 nəfərin isə yaralandığı bildirilib.
Soyqırımçı İsrail rejiminin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında həyata keçirdiyi hücumlarda fələstinli şəhidlərin sayının 44 min 282-yə, yaralıların sayının isə 104 min 880-ə yüksəldiyi bildirilib.