Qəzzada şəhidlərin sayı 51 minə yüksəldi

Qəzzada şəhidlərin sayı 51 minə yüksəldi

Məlumatlara görə, Qəzza zolağında hələ də minlərlə şəhidin cəsədi dağıntılar altında qalır.

Rasthaber Azərbaycan xəbər verir ki, sionist İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saat ərzində 17 nəfər artaraq 51 minə çatıb.

Qəzzə Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən insan itkiləri və yaralanmalarla bağlı son məlumatlar paylaşılıb.

Bildirilir ki, son 24 saatda Qəzzədəki xəstəxanalara 17 şəhidin və 69 yaralının cəsədi gətirilib.

Qeyd olunub ki, İsrail ordusunun 19 yanvar tarixində əldə olunmuş atəşkəsi pozaraq 18 martdan etibarən yenidən başladığı hücumlarda indiyədək 1 630 fələstinli şəhid olub, 4 302 nəfər isə yaralanıb.

Ümumilikdə, 7 oktybr 2023-cü ildən bu yana Qəzza zolağına qarşı hücumlarda şəhidlərin sayı 51 minə, yaralıların sayı isə 116 343 nəfərə yüksəlib.

Məlumatlara görə, Qəzza zolağında hələ də minlərlə şəhidin cəsədi dağıntılar altında qalır.

Xəbəri paylaş

VİDEOLAR