Əraqçi: İran Rusiyaya ballistik raketlər göndərməyib

Əraqçi: İran Rusiyaya ballistik raketlər göndərməyib

İranın Xarici İşlər naziri İranın Rusiyaya ballistik raketlər göndərməsi ilə bağlı Qərbin iddiasını təkzib edib.

Az.rasthaber.com xəbər verir ki, Seyid Abbas Əraqçı sosial şəbəkədəki şəxsi səhifəsində Amerika və Avropanın bir daha yalan məlumat və qüsurlu məntiq əsasında hərəkət etdiyinə işarə edərək yazıb: “İran Rusiyaya ballistik raketlər göndərməyib. Tamam.” 

“Sanksiya aludəçiləri özlərinə sual verməlidirlər: İran necə mükəmməl silahlar hazırlayıb və sizin iddianıza görə, sata bilər?” - deyə, Xarici İşlər naziri əlavə edib. 

Əraqçi sonda vurğulayıb ki, sanksiyalar həll yolu deyil, problemin bir hissəsidir.

Xəbəri paylaş

VİDEOLAR