Razılaşma çərçivəsində fələstinli məhbusların ilk qrupu azad edilib

Razılaşma çərçivəsində fələstinli məhbusların ilk qrupu azad edilib

İsraillə əsir mübadiləsi çərçivəsində 90 nəfərdən ibarət fələstinli məhbusların birinci qrupu Ofer həbsxanasından azad edilib.

Az.rasthaber.com xəbər verir ki, İRNA-nın məlumatına görə, Fələstin mənbələri Əl-Cəzirə telekanalına bildiriblər ki, 90 fələstinli məhbusu daşıyan avtobuslar İordan çayının qərb sahilində Ramallahın qərbindəki Bitoniyaya daxil olub.

 

Əl-Cəzirə həmçinin bildirib ki, Qüdsdən olan qadın məhbuslar ailələrinə azadlıqlarını qeyd etməyə icazə verməyən işğalçı qüvvələrin izdihamı arasında şərqi Qüdsdəki evlərinə qayıdıblar.

Xəbəri paylaş

VİDEOLAR