Qəzza zolağında atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, Yəmən silahlı qüvvələri sionist İsrail rejiminə məxsus gəmilərə hücumlarını dayandırmayacaq.
Az.rasthaber.com xəbər verir ki, Al Araby Al Jadeed-in məlumatına görə, Yəmənin Ənsarullah Hərəkatı gəmiçilik şirkətlərinə göndərdiyi elektron məktubda Qırmızı dəniz marşrutuna hücumlarının yalnız İsrail rejiminə aid gəmilərə yönəldiləcəyini bildirib.
Ənsarullah lideri Bədrəddin Əbdülməlik əl-Husi bundan əvvəl Tel-Əviv rejiminin atəşkəs razılaşmasına əməl etmədiyi təqdirdə sionistlərə qarşı hücumların bərpa olunacağı barədə xəbərdarlıq etmişdi.