Rusiya Xarici İşlər Nazirliyi bu gün ABŞ xəbər saytı “Aksius”un dünən yaydığı iddiaya cavab olaraq bildirib ki, guya Rusiya prezidenti İranla ABŞ arasında “sıfır faiz zənginləşdirmə” əsasında nüvə razılaşması üçün əməkdaşlıq istəməsi barədə xəbər yalnız “çirkli siyasi kampaniyadır”.
Az.rasthaber.com xəbər verir ki, Nazirliyin yaydığı bəyanatda qeyd olunur ki, görünür, bu kimi iddialar İranın nüvə proqramı ətrafında gərginliyi artırmaq məqsədi daşıyan daha bir çirkli siyasi kampaniyanın tərkib hissəsidir.
Rusiya Xarici İşlər Nazirliyi xatırladıb ki, Moskva dəfələrlə İranın nüvə proqramı məsələsinin yalnız siyasi və diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb və eyni zamanda, tərəfləri qane edən bir həll yolunun tapılması üçün yardım etməyə hazır olduğunu bildirib.
Bəyanatın sonunda deyilir: “Biz dünya mediasından xahiş edirik ki, yalnız rəsmi mənbələrə istinad etsinlər və saxta xəbərlərin yayılmasının qarşısını alsınlar.”
Qeyd edək ki, “Aksius” xəbər saytı dünən sənədi olmayan bir məlumat yayaraq iddia edib ki, guya Rusiya prezidenti Vladimir Putin İrandan xahiş edib ki, sıfır faiz zənginləşdirmə əsasında nüvə razılaşmasını qəbul etsin və bu sahədə ABŞ-lə əməkdaşlıq etsin.
Bu iddiaya cavab olaraq diplomatik mənbələr “Əl-Məyadin” telekanalına bildiriblər ki, İran Rusiyadan uranın daxildə zənginləşdirilməsini dayandırmaq barədə heç bir təklif almayıb və Moskvanın Tehranın sülhməramlı zənginləşdirmə hüququnu dəstəkləyən mövqeyi dəyişməyib.
Eyni mənbələr əlavə ediblər ki, İsrail rejiminin Qəzzəyə qarşı hücumlarından əvvəl, Rusiya Tehranla Vaşinqton arasında aparılan dolayı danışıqlar çərçivəsində razılığa gəlmək məqsədilə, İranın 3.67 faizdən yüksək zənginləşdirilmiş uran ehtiyatının Rusiyaya köçürülməsi planına razılıq vermişdi.
Diplomatik mənbələrin sözlərinə görə, İran ölkə daxilində uran zənginləşdirmək kimi qanuni hüququnun tanınmamasını nəzərdə tutman hər hansı bir təklifi qəbul etməyəcək.