Rusiya Barış Mərkəzinin rəsmisi Oleq İqnasyuk brifinqdə bildirib...
Az.rasthaber.com xəbər verir ki, Rusiyanın Suriyadakı Barışıq Mərkəzi, son 24 saat ərzində Suriya ordusunun və Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə 100-dən çox terrorçunun məhv edildiyini açıqlayıb.
Mərkəzin rəsmisi Oleq İqnasyuk brifinqdə bildirib:
“Son 24 saat ərzində terrorçuların toplanma yerlərinə, texnikasına, sığınacaqlarına, yanacaq və sursat anbarlarına, artilleriya mövqelərinə və müşahidə məntəqələrinə raket hücumları həyata keçirilib. Təxminən 100 terrorçu zərərsizləşdirilib.”