Rusiya XİN: ATƏT "faydasız" təşkilatdır

Rusiya XİN: ATƏT

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-i cavabların axtarışına kömək etməyən "faydasız" təşkilat adlandırıb.

 


"ATƏT-in öz səlahiyyətləri çərçivəsində birbaşa suallara cavab axtarışında az da olsa faydalı rol oynaya biləcəyi bir sahə qalmayıb. Məgər "Şimal axını" qaz kəmərindəki terror aktının araşdırılması səlahiyyətlər çərçivəsinə düşmür?" - o qeyd edib.

S.Lavrov bildirib ki, ATƏT Avropa məkanının bütün üzvlərinin maraqlarının toplanma nöqtələrindən birinə çevrilə bilərdi.

"Lakin bu zalda heç kimin ağlına ATƏT-dən bu məqsədlər üçün istifadə etmək gəlmir", - Lavrov əlavə edib.

Onun sözlərinə görə, ATƏT çərçivəsində real siyasətdə nə əməkdaşlığa, nə də təhlükəsizliyə yer qalmır.

 

Xəbəri paylaş

VİDEOLAR