Azərbaycan əsilli döyüşçü Rafael Fiziyev braziliyalı Rafael Dus Anjusu Mütləq Döyüş Çempionatında (UFC) duelə dəvət edib.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, Dus Anjus tviterdə ABŞ-dan olan Toni Ferqyusonla fevralın 19-da revanş keçirmək istədiyini yazıb.
Fiziyev isə bu paylaşıma reaksiya verib: "Biz hamımız bu qarşılaşmanı görmüşük. Mən artıq UFC-yə həmin gün üçün hazır olduğumu demişəm", - deyə döyüşçü bildirib.
Qeyd edə ki, Ferqyuson 2016-cı ildə Rafael Dus Anjusa qalib gəlib.