Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərindəki yaşayış binasında baş vermiş partlayışla bağlı məlumat yayıb.
Az.rasthaber.com xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatında qeyd olunub:
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub”.
Xatırladaq ki, Sumqayıtda yaşayış binasında baş vermiş partlayışda azı 3 nəfərin yaralandığı bildirilir. Bir nəfərin dağıntılar altında olduğu güman edilir.