Suriyada mülki vətəndaşların başlarının kəsilməsini əks etdirən 500-dən çox video toplanıb

Suriyada mülki vətəndaşların başlarının kəsilməsini əks etdirən 500-dən çox video toplanıb

Suriyadakı hüquqi mənbələr son üç gündə terror təşkilatı əl-Colani rejiminə bağlı ünsürlərin həyata keçirdikləri edamları əks etdirən 500-dən çox videonun toplandığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, sözügedən hücumlar son üç gündə Suriyanın sahil şəhərlərində ələvilərə qarşı həyata keçirilir. Bu videoların 90 faizində mülki şəxslərin ya güllələnərək, ya da başlarının kəsilməklə, həmçinin şiddətli işgəncə və yandırılmaqla vəhşicəsinə edam edildiyi görünür.

Mənbələr qeyd ediblər ki, sözügedən videolar əl-Culani terror rejiminin törətdiyi cinayətləri sənədləşdirmək üçün beynəlxalq təşkilatlara göndəriləcək.

Toplanmış videolar son bir neçə gündə qadın və uşaqlar da daxil olmaqla 700-dən çox mülki şəxsin edam edildiyini göstərir.

Xəbəri paylaş

VİDEOLAR