Suriyalı şiələrə verilən sözə əməl edilmədi!

Suriyalı şiələrə verilən sözə əməl edilmədi!

Suriya şiələrinin lideri Höccətül-İslam Seyyid Abdullah Nizam bu gün verdiyi açıqlamasında HTŞ hökumətinin üzərinə götürdüyü öhdəliklərə zidd olaraq şiələrə qarşı təzyiqlərin, mülklərinin və evlərinin ələ keçirilməsinin, sürgünlərin başladığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Suriya Əhli-Beyt (ə) Üləma Şurasının sədri və Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının suriyalı üzvü Seyid Abdullah Nizam bu ölkədə terror qruplarının şiə dini mərkəzlərinə hücumlarını və özbaşınalıqlarını pisləyib. 

Suriya Əhli-Beyt (ə) Üləma Şurasının sədri ölkədəki şiələrə xitab edən səs yazısında deyib:

“Mən sizə əvvəllər demişdim ki, vəziyyət yaxşıdır və “Həyat Təhrir əş-Şam”ın üzvləri bizə çoxlu təminat verdilər ki, onların dedikləri əslində həyata keçirilib.

Problem ondadır ki, HTŞ-də iştirak edən silahlı qruplar çox müxtəlifdir, ona görə də bir silahlı qrup bizə nəsə vəd edəndə, digər qrupların eyni vədi yerinə yetirib-etməyəcəyi bəlli deyil”.

Seyid Abdullah Nizam deyib: "Biz bəzi yerlərdə bəzi qrupların özbaşına, dağıdıcı hərəkətlərinin şahidi oluruq. İş o yerə çatıb ki, bəzi bölgələrdə bu silahlı dəstələrin dini göstərişlərini yerinə yetirdiklərinə görə bəzi şeyxlərimizə hücum edilib".

Seyid Abdullah Nizam şiələrin üzləşdiyi bu problemlərdən biri kimi təkfirçi ünsürlərin iki namazı birlikdə qılmaq kimi şiə işlərinə qarışmasını göstərib və deyib: Biz əməldə bu problemlərlə qarşılaşırıq.

Suriya Əhli-Beyt (ə) Üləma Şurasının sədri bu açıqlama ilə çıxış edib:

"Bundan sonra heç bir şeyə zəmanət verilmir və hər kəs öz qərarına uyğun hərəkət edə bilər. Mövcud hadisələri müşahidə etdikdən və bir neçə mənbədən aldığım xəbərlərə görə, əvvəllər verilən vədlərə zidd situasiyaları gördükdən sonra artıq heç kimə zəmanət verə bilmərəm."

O, şiələrə müraciət edərək dedi: “Allahdan sizə cansağlığı və rifah diləyirəm və siz tamamilə öz mənafeyinizə uyğun hərəkət etmək hüququnuz var”.

Bundan əlavə, Ayətullah Seyyid Haşim Hüseyn Buşəhri Qum İslam Elmləri Məktəbi İcması Ümumi Məclisinin 16-cı iclasında İslam dünyasında son zamanlar baş verən hadisələrə toxunaraq dedi:

"Bu günlərdə İslam dünyasında baş verənlər və müqavimət hərəkatları ilə bağlı ciddi narahatlıqlarla qarşılaşırıq”.

Ayətullah Hüseyn Buşehri Qəzza və Livanda baş verənlərə və Suriyadakı hazırkı vəziyyətə toxunaraq deyib:

"Bəzən Həzrət Zeynəb (s.ə) və Həzrət Ruqəyyənin (s.ə) müqəddəs hərəmlərinə hücum edilməsi ilə bağlı həyəcanlı xəbərlər eşidirik. Ümid edirəm ki, bunlar sadəcə söz olaraq qalar və həyata keçirilməz."

İslam Elmləri Məktəbinin yüksək səviyyəli alimlərindən olan Seyid Abdullah Nizamın son mesajında bu məsələ ilə bağlı ciddi narahatlığını ifadə etdiyini bildirən Ayətullah Hüseyn Buşehri əlavə edib:

“Cənab Seyid Abdullah Nizam, bizi belə hücumların olmayacağına inandırmışdılar, amma görürük ki, həyata keçirilən tədbirlər bu qrupların əslində nə qədər dağınıq olduğunu ortaya qoyur. Nizam müəllimin dediyi kimi, 'Mən artıq təminat verə bilmərəm, çünki mənə deyilənlər edilənlərlə ziddiyyət təşkil edir.”.

Suriya xalqı üçün dua etməyin vacibliyini vurğulayan Ayətullah Hüseyn Buşəhri sözlərini belə davam etdirib:

“İslam İnqilabının Rəhbərinin dediyi kimi, ümid edirik ki, müqavimətin izzəti və əzəməti yenidən qayıdacaq və İslama qarşı kin bəsləyən düşmənlər, xüsusilə Amerika, sionist rejim və bəzi qonşu ölkələr Suriyadan geri çəkiləcəklər. Beləliklə, Suriya sülh və əmin-amanlığa qovuşacaq.”.

Xəbəri paylaş

VİDEOLAR