Türkiyədə meşə yanğınları ilə bağlı 9 nəfər həbs olundu

Türkiyədə meşə yanğınları ilə bağlı 9 nəfər həbs olundu

Türkiyədə baş verən güclü meşə yanğınları ilə əlaqədar 22 nəfər saxlanılıb.

Az.rasthaber.com xəbər verir ki, bununla bağlı Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

Qeyd edilib ki, avqustun 12-si ilə 17-si aralığında 7 əyalətdəki meşə yanğınları ilə bağlı saxlanılan şəxslərdən 9 nəfəri həbs edilib.

O, Aydın, Muğla, İzmir, Manisa, Tunceli, Bolu və Uşakdakı meşə yanğınları ilə bağlı ölkənin Baş Prokurorluğunun apardığı araşdırmalar haqda danışıb.

Tunç deyib ki, ümumilikdə 22 şübhəli saxlanılıb, onlardan 9-u həbs edilib, 5-i barəsində məhkəmə nəzarəti ilə bağlı qərar çıxarılıb, 1 nəfər isə sərbəst buraxılıb.

O, 7 şübhəli barəsində isə araşdırma aparıldığını bildirib.

 
 
 

 

 
 

Xəbəri paylaş

VİDEOLAR