İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Almaniya kansleri Fridrix Mersi sionist rejimin İrana hərbi hücumunu dəstəklədiyinə görə tənqid edib.
İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi, İsrail rejiminin genişmiqyaslı və əsassız hərbi təcavüzü nəticəsində 1100 günahsız vətəndaşın şəhid olması və 5700-dən çox insanın yaralanması ilə bağlı zərərlərin təfərrüatlarını əks etdirən yenilənmiş hesabatı BMT Baş katibinə və Təhlükəsizlik Şurasına təqdim edib.
İsrailin və ABŞ-ın 12 gün davam edən İran hücumlarının əsas hədəfi olaraq göstərilən nüvə infrastrukturlarına zərbə endirildiyi bildirilsə də, The New York Times qəzetinin 10 iyul tarixli məlumatına əsasən, İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsi zərbələrə baxmayaraq toxunulmaz qalıb.