Yəmənin Ənsarullah Hərəkatı Qırmızı dəniz və Bab əl-Məndəb boğazında hücumların dayandırılması üçün ABŞ ilə atəşkəs razılaşmasını Yəmənin qələbəsi kimi qiymətləndirib.
Az.rasthaber.com xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatının Ali Siyasi Şurası paytaxt Sənada iclas keçirib. Şuradan iclasdan sonra verilən yazılı açıqlamada, görüş zamanı ABŞ prezidenti Donald Trampın atəşkəs razılaşması ilə bağlı inkişafın nəzərdən keçirildiyi bildirilib.
ABŞ-ın sionist İsraili dəstəkləyən hərbi əməliyyatlarına qarşı mübarizənin ABŞ-ın yaşadıqları böyük uğursuzluqdan sonra geri çəkildiyini bəyan edənə qədər davam etdiyi və bunun Yəmənin qələbəsi olduğu bildirilib.
Bəyanatda qatil İsrailin Yəmənə qarşı hücumlarına yaxın gələcəkdə sərt şəkildə cavab veriləcəyi bildirilib.
Omanın xarici işlər naziri Bədr əl-Busaidi mayın 6-da ABŞ və Yəmənin Ənsarullah Hərəkatı arasında Qırmızı dəniz və Bab əl-Məndəb boğazındakı hücumlara son qoymaq üçün atəşkəs əldə olunduğunu açıqlayıb.