İmam Əli (ə) ziyarətgahında zəvvarların rahatlığı üçün tunel inşa edilir - FOTO

Nəcəfül Əşrəfdə İmam Əli (ə) ziyarətgahına bağlı Mühəndislik və Texniki İşlər İdarəsi zəvvarların rahatlığı üçün “Tusi tuneli” inşa edir.

Az.rasthaber.com xəbər verir ki, tıxac və zəvvarların narahatlıqlarını nəzərə alaraq İmam Əli (ə) ziyarətgahının şimal tərəfində iki küçəni birləşdirən yeraltı tunelin uzunluğu 582 metr, eni 16.3 metr və hündürlüyü 5.2 metr olacaqdır.

Tuneldə yüksək standartlara malik havalandırma, çökmə və uçmaya qarşı tədbirlər icra ediləcəkdir.

Xəbəri paylaş

VİDEOLAR