İran Prezidenti Omana səfər edib

İran Prezidenti Omana səfər edib

İran Prezidenti Məsud Pezeşkiyan, Oman Sultanı Heysəm bin Tariqin dəvəti ilə iki günlük rəsmi səfər üçün Maskata yola düşüb.

Az.rasthaber.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkiyan, Oman Sultanının dəvəti ilə yüksək səviyyəli nümayəndə heyətinə başçılıq edərək bu gün Maskata yola düşüb.

Dostluq münasibətlərinin gücləndirilməsi və tərəflər arasında ikitərəfli əməkdaşlığın artırılması İran Prezidenti Pezeşkiyanın Maskat səfərinin əsas məqsədləri sırasındadır.

Pezeşkiyan Maskat səfəri öncəsi verdiyi açıqlamada bildirib: “Bu səfəri Oman Sultanı Meysəm bin Tariqin dəvəti ilə həyata keçiririk. Bu səfərdə, İslam İnqilabı Liderinin ümumi siyasətləri çərçivəsində və aparılan səylərlə məqsədimiz qonşularımızla mümkün olan ən yaxşı münasibətləri qurmaq və elmi, iqtisadi, ticarət sahələrində əməkdaşlıq etməkdir.”

 Pezeşkiyan həmçinin bölgədəki sülh məsələlərinin, eləcə də Qəzza və Fələstindəki hadisələrin də müzakirə olunacağını bildirib.

Pezeşkiyan, bölgə ölkələrinin əl-ələ verərək Sionist rejimin vəhşiliklərinə qarşı birgə dayanmasının vacibliyini vurğulayaraq deyib:
“Heç bir ağıllı insan və ayıq vicdana sahib biri Sionistlərin bu cür vəhşi davranışlarını qəbul etməz və onlara dözməz. Biz birlik içində olaraq bu məsələni beynəlxalq təşkilatlar qarşısında izləməli və etiraz prosesini davam etdirməliyik.”

Pezeşkiyan həmçinin İran ilə Oman arasındakı 2 milyard 300 milyon dollarlıq ticarət əlaqələrinə diqqət çəkərək bildirib:
“İran ilə Oman arasındakı münasibətlər hər keçən gün genişlənir. Bu səfər çərçivəsində nəqliyyat və dəniz daşımaları, ticarət, elmi, texnoloji və sənaye sahələri, əyalət valiliklərinin bölgə ilə əlaqələri və investorlarla münasibətlər kimi müxtəlif mövzularda müzakirələrin aparılması nəzərdə tutulur. Əvvəldən aparılan koordinasiyalar əsasında əlaqələrimizi daha da dərinləşdirəcək və bu münasibətləri daha asan və davamlı hala gətirəcəyik.”

Xəbəri paylaş

VİDEOLAR