Ayətullah Seyid Əli Xamenei Tehranda cümə xütbəsi söyləyib.
Rasthaber xəbər verir ki, İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranda cümə xütbəsi söyləyib.
“Quranın müsəlmanlar üçün siyasəti ondan ibarətdir ki, müsəlman hökumətləri bir-biri ilə həmrəy olmalıdır. Əgər sizdə bu həmrəylik olarsa, Allahın izzəti sizindir və düşmənlərinizə qalib gələcəksiniz”, – deyə o qeyd edib.
“Düşmənin siyasəti parçalamaq və idarə etməkdir. Müsəlman ölkələrində bu siyasətləri müxtəlif üsullarla həyata keçirdilər, amma bu gün millətlər oyandı; Bu gün İslam və müsəlmanların düşmənlərinin bu hiyləsinə qalib gələ biləcəyiniz gündür”, – deyə o əlavə edib.
O, müsəlmanlarının düşmənlərinin eyni olduğunu vurğlayıb:
“İranın düşməni Fələstin, Livan, İraq, Misir, Suriya və Yəmənin düşmənidir. Düşmən hər yerdə xüsusi üsulla işləyir, amma komanda otağı eynidir və oradan əmr alırlar. Düşmənin fikri bir ölkədən rahat olsa, o biri ölkənin ardınca gedəcək”.
Qeyd edək ki, Ayətullah Xamenei ilə qılınan cümə namazında milyonlarla insan iştirak edib.
O çıxışı zamanı Seyid Həsən Nəsrullahdan da danışıb. Onun rəhbərliyi ilə Hizbullahın İsrailə qalib gəldiyini və rahat buraxmadığını bildirib.
İnqilab Rəhbəri cümə xütbəsini iki dildə – fars və ərəb dillərində söyləyib.
Xütbələrdən sonra o cümə namazını qıldırıb.