İngilis mediasında Qəzzada ərzaq böhranının davam etməsi barədə məlumat

İngilis mediasında Qəzzada ərzaq böhranının davam etməsi barədə məlumat

İngiltərənin “Financial Times” qəzeti Qəzzədəki vəziyyətlə bağlı xəbərində yazıb ki, hazırda bu bölgəyə yardım ən aşağı səviyyədədir.

Az.rasthaber.com xəbər verir ki, Amerikanın İsrailə xəbərdarlıq etməsinə baxmayaraq, Qəzzada vəziyyət kritikdir və bu bölgədəki mülki əhali ciddi qida çatışmazlığı ilə üzləşir.

Xəbərlər göstərir ki, sionist rejim ərzaq anbar sahəsinə və bu yüklərin mühafizəsinə cavabdeh olan fələstinlilərə hücum edərək yardımları məhv edir və Qəzzada ərzaq böhranını daha da şiddətləndirir.

“Financial Times” əlavə edib ki, hazırda əksər mülki əhalinin yaşadığı mərkəzi və cənub Qəzza ciddi aclıq və qıtlıqla üz-üzədir, noyabr ayında yemək üçün növbəyə duran üç nəfər izdihamda boğularaq ölüb.

Bu ingilis qəzeti öz hesabatında qeyd edib ki, Qəzzada kəskin un qıtlığı səbəbindən unun bir kisəsinin qiyməti 162 dollara çatıb.

Xəbəri paylaş

VİDEOLAR