İranın Ədliyyə Nazirliyinin sözçüsü və sosial və cinayətin qarşısının alınması üzrə nazir müavini Əl-Əqsa tufanı əməliyyatının ildönümü ərəfəsində olduğumuza işarə edərək dedi: Fələstin xalqının qanuni müdafiəsi ilə sionist rejimin ömrünün saatdan-saata azaldığının və fələstinlilərin qələbənin yaxınlaşdığının şahidi oluruq.
Az.rasthaber.com xəbər verir ki, Əsgər Cahangir şənbə günü xüsusi mətbuat konfransında Hizbullahın baş katibi, uca məqamlı şəhid Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verərkən deyib: İmamın və inqilab rəhbərinin övladları ölkəyə və milli mənafelərə qarşı hər hansı təcavüzün öhdəsindən gələcək və düşmən bu əməllərinə görə peşman olacaq.
Cahangir sözlərinə davam edərək, Əl-Əqsa tufanı əməliyyatının ildönümü ərəfəsində olduğumuza işarə edərək dedi: Düz bir il əvvəl Fələstin xalqının qanuni müdafiəsi baş tutdu və bundan sonra biz görürük ki, sionist rejimin ömrü saatdan-saata azalır və qələbə yaxındır. Sionist rejimin qəddar əməlləri və cinayətləri bu müddət ərzində Qəzzada davam etsə də, bilməliyik ki, uca məqsədlərə çatmaq üçün bədəl ödənilməlidir.