28.11.2024 11:28:04
Venesuela prezidenti Nikolas Maduro ABŞ-nin şəxsi sanksiyalar tətbiq etdiyi ölkə vətəndaşlarını ordenlərlə təltif edib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Maduro bu barədə “Venezolana de Television” kanalının efirində məlumat verib.
“İmperiyanın axmaq sanksiyalarını ordeni ilə əvəz edirəm”, - dövlət başçısı vurğulayıb.