Rusiya silah-sursat istehsalında Alyansı geridə qoyub. Belə ki, NATO ölkələrinin bir ilə istehsal etdiyi sursatı Rusiya cəmi üç ay ərzində hazırlaya bilir.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu cür etirafla NATO-nun Baş katibi Mark Rütte çıxış edib.
Onun sözlərinə görə, hərçənd Rusiya NATO-nun ümumi iqtisadi gücünün cəmi 5 faizinə sahibdir, amma sursat istehsalında ciddi üstünlük qazanıb.
“İqtisadi baxımdan NATO Rusiyadan 20 dəfə güclüdür. Buna baxmayaraq, Rusiya il ərzində NATO-nun istehsal etdiyindən dörd dəfə artıq sursat istehsal edir. Bu, qəbulolunmaz və anlaşılmaz bir vəziyyətdir”, – deyə Rütte qeyd edib.