Suriya ordusu Hələb və İdlibə hücum edən Əl-Baqum qəsəbəsini Əl-Nusra təşkilatından azad edib.
Az.rasthaber.com xəbər verir ki, Suriya ordusu Hələb və İdlibdə Nusra cəbhəsinə qarşı əks hücuma keçib.
Kanalın müxbiri xəbər verir ki, Suriya ordusu İdlibin cənub-şərqində silahlı qruplaşmaların ələ keçirdiyi mövqelərə hücum edərək Əl-Baqum şəhərini azad edib.
Sputnik-in məlumatına görə, Rusiyanın Suriyadakı Düşmən Tərəflərin Barışıq Mərkəzinin rəis müavini kapitan Oleq İqnasyuk qeyri-qanuni Əl Nusra təşkilatına bağlı yaraqlıların noyabrın 27-də Hələb və İdlib bölgələrində Suriyanın nəzarətində olan ərazilərə və ən azı 400 nəfərə hücum etdiyini açıqlayıb.