Suriyanın qərbində 15 Colani qüvvəsi öldürüldü

Suriyanın qərbində 15 Colani qüvvəsi öldürüldü

Suriyanın qərb bölgələrində baş verən qarşıdurmalarda “Colani” ləqəbli “Əhməd Əl-Şara”nın başçılıq etdiyi Suriya müvəqqəti hökumətinə bağlı təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı həlak olub.

Az.rasthaber.com xəbər verir ki, bu insanlar sahilyanı əyalətlərdə yerli qüvvələrin pusqularında həlak olublar.

Suriyanın qərbindəki Latakiya və Tartus əyalətlərinin sakinləri ilə Suriya müvəqqəti hökumətinə bağlı hərbçilər arasında şiddətli toqquşmalar və bəzi bölgələrə nəzarəti itirməsindən sonra Tartus şəhərində komendant saatı elan edilib.

Xəbəri paylaş

VİDEOLAR