Türkiyənin Xarici işlər naziri Hakan Fidan Türkiyənin Dəməşqdəki səfirliyinin bu gündən etibarən fəaliyyətə başlayacağını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Hakan Fidan qatıldığı canlı yayımda Türkiyənin Mavritaniya səfiri Burhan Köroğlunun Dəməşq səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsinə təyin edildiyini xatırladaraq, Koroğlu və komandasının Dəməşqə getdiyini və səfirliyin fəaliyyətə başlayacağını bildirib.
Xatırladaq ki, Suriyanın Dəməşq şəhərində diplomatik nümayəndəliklərin cəmləşdiyi Ravda Meyda yaxınlığında yerləşən Türkiyə səfirliyi 26 mart 2012-ci il tarixindən etibarən gündəlik fəaliyyətini dayandırıb.
Səfirlik əməkdaşları və onların ailə üzvləri də bu qərarla Türkiyəyə qayıdıblar.