Yəmən və İraq müqaviməti sionistlərə qarşı yeni əməliyyat keçirib

Yəmən və İraq müqaviməti sionistlərə qarşı yeni əməliyyat keçirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəmən qüvvələrinin İraq İslami Müqaviməti ilə bir neçə müstəqil və birgə əməliyyat keçirərək işğal olunmuş əraziləri hədəfə aldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü deyib: "İki əməliyyat keçirdik. Birinci əməliyyatda işğal altında olan Əsqəlandakı hərbi hədəfi, ikinci əməliyyatda isə işğal altındakı Yaffanı (Təl-Əviv) hədəf aldıq".

Bu iki əməliyyatın iki pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirildiyini bildirən Seri, "Allahın köməkliyi ilə bu PUA-lar müdafiə sistemlərindən keçərək hədəflərinə uğurla çatdı" dedi. dedi.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü həmçinin bu barədə məlumat verib: "İraq İslami Müqaviməti ilə birgə hərbi əməliyyat keçirdik və bu əməliyyatda işğal altında olan Fələstinin cənubunda həyati əhəmiyyətli hədəfləri vurduq. Bu birgə əməliyyat bir neçə PUA ilə həyata keçirilib. Allahın izni ilə onlar da hədəfinə çatdı”.

Seri sözlərini belə tamamlayıb: “İsrail düşməninə qarşı hərbi əməliyyatlarımızı davam etdirəcəyik və əməliyyatlarımız ancaq Qəzza zolağına hücumlar dayandırıldıqdan və blokada qaldırıldıqdan sonra sona çatacaq”.

Xəbəri paylaş

VİDEOLAR